“Təhsilin İnkişafı Fonduna böyük ümidlər var” – Kamran Əsədov

“Təhsilin İnkişafı Fonduna böyük ümidlər var” – Kamran Əsədov
"Təhsillə bağlı yaradılan bütün digər fondlar Təhsilin İnkişafı Fondu ətrafında birləşməlidir”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin  "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu”nun yaradılması barədə imzaladığı fərmanı dəyərləndirərkən, təhsil eksperti Kamran Əsədov deyib:
 
"2013-cü ildə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Burada qeyd olunurdu ki, təhsilin maliyyələşməsi, əlçatanlığının təmin edilməsi üçün fond yaradılmalıdır. Yəni, Təhsilin İnkişafı Fondunun yaradılması əslində 2013-cü ildə nəzərdə tutulmuşdu. Sonra hamının yadından çıxdı. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əməl edilsə, Azərbaycan təhsili 6 ildən sonra dünyanın ən etibarlı, ən güclü təhsil sisteminə çevrilməli idi”.
 
Ekspert qeyd edib ki, bir sahə üzrə çoxsaylı fondların yaradılması doğru yanaşma deyil: "Bir ay əvvəl Təhsil Nazirliyi tabeliyində Tələbə Təhsil Kredit Fondu yaradıldı. Bundan başqa, ölkədə Marrifçi Kredit Fondu, Gənclər Fondu, Elmin İnkişafı Fondu da var. 2018-ci ildə Peşə Təhsilinin İnkişafı Fondu yaradıldı. Təhsilin İnkişafı Fondu yaradılırsa, ayrıca peşə və yaxud elm üzrə də anoloji fondların yaradılmasına nə ehtiyac var? Dünya təcrübəsində bu işlərlə bir fond məşğul olur. Bütün təhsil, onun pillələri, istiqamətləri, maliyyələşməsi,  elm, yəni, hər biri bir fondun üzərindədir. Azərbaycanda isə təhsilə aid 6 fond yaradılıb. İndiyə qədər mövcud olan fondlarda təhsilin inkişafı, əlçatanlığın və maliyyə şəffaflığının təmin edilməsini görmədik. Bütün bu fondlar bir olmaqla, Təhsilin İnkişafı Fondu ətrafında birləşdirilməlidir. Belə olarsa, proses mobilliyə gətirib çıxaracaq”.
 
Həmsöhbətimiz yaradılan inkişaf fonduna böyük ümidlər bəsləyir: "Ən azından ona görə ki, ölkədə təhsilin maliyyələşdirilməsi sahəsində ciddi problemlər mövcuddur. Təhsilin kreditləşməsi, imkansız ailələrə təhsil kreditinin verilməsində problem yaşayırıq. İnanıram ki, yaradılan fondun qeyd etdiyim problemlərin həllində rolu olacaq”.

K. Əsədov düşünür ki, fond əsasən bölgələr üzrə işləməlidir: "Tək təhsil alanların təhsil haqqını maliyyələşdirməməliyik. Həmçinin, tədqiqatları da maliyyələşdirmək olar. Daha çox paytaxtda deyil,  bölgələrdə fəaliyyət göstərməli, regionlarda qızların təhsilə cəlb edilməsi və uşaq bağçalarının açılmasına xüsusi önəm verməlidir”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...