“Kreml Ermənistanla Azərbaycanın danışıqlara başlamasına mane olur” – Şuşa bu səbəbdən atəşə tutulur?

11:20 / 15.07.2021
1630
"Ermənistandakı seçkilərdən sonra bu ölkənin Azərbaycanla
danışıqlara başlaması gözlənilirdi. Rusiya məhz bunun qarşısını almaq üçün Qarabağda
erməni təxribatlarına rəvac verir”.
Politoloq hesab edir ki, baş verənlər Kremldən
idarə olunur:
"Regionda sülhün və təhlükəsizliyin əldə edilməsi,
Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülhün əldə
edilməsi Qərbin regionda təsirinin artmasına gətirib çıxaracaq. Ona görə də
Rusiya bunun qarşısını almaq üçün istənilən varianta əl atacaq. Hətta sərhəddə
erməni silahlılarının Azərbaycana hücumunu təşkil edəcək. Qarabağdakı erməni
silahlılarının postlarımıza hücumunu təhrik edəcək.
Baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək.
Paşinyan seçkidə söz verdiyi kimi sülh və iqtisadi ikişafı təmin edə bilməyəcək.
Bu da xalqda ciddi narazılıq doğuracaq. Nəticədə Qarabağ klanı və Köçəryan
Rusiyanın dəstəyi ilə hərəkətə keçəcək. Rusiya bununla Paşinyanın mövqelərini
sarsıtmağa çalışır”.
M.Əsədullazadə qeyd edib ki, Rusiyanın əsas
planı post-münqaişə dövründə sülhün və təhlükəsizliyin əldə edilməsinə mane
olmaqdır:
Günay Rəsulqızı