“İstisuda üzürük, Xəzərdə də üzəcəyik” deyən erməni Bakıda məhkəmə qarşısında - VİDEO

“İstisuda üzürük, Xəzərdə də üzəcəyik” deyən erməni Bakıda məhkəmə qarşısında - VİDEO
Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan iki erməninin – Davit Davityan və Gevorq Sujyanın cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az İctimai TV-yə istinadən xəbər verir ki, onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham irəli sürülüb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Onlara hüquqları izah edilib və dövlət hesabına vəkil və tərcüməçi ilə təmin olunublar.

"Təqsirləndirilən şəxslərdən biri – Gevorq Sujyan ona qarşı irəli sürülən ittihamlara sübutu elə özü azadlıqda ikən verib desək, yanılmarıq. Şəxsi feysbuk səhifəsində yayımladığı videolardan da görünür ki, o, Azərbaycan dövlət sərhədlərini qanunsuz olaraq keçməklə, Kəlbəcərin istirahət zonalarında dincəlib.

Amma burada da nankorluğundan qalmır. Hələ Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə - 2017-ci ildə Kəlbəcərdə ikən "İstisuda üzürük, tezliklə Xəzərdə üzəcəyik” deyən Gevorqun xəyalları da erməni tanklarının Bakıya gəlişi kimi oldu.

Yəqin ki, o, daha Xəzərdə üzməyi düşünmür. Etdiyi əməllərin bağışlanması üçün hər kəsdən imdad diləyir”, - süjetdə deyilir.


OXŞAR XƏBƏRLƏR

WSJ: Amazon anbarlarında insanlardan çox robot olacaq

Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.   Sfera....

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...