Messinin yeni müqaviləsinin detalları açıqlandı

Messinin yeni müqaviləsinin detalları açıqlandı
Argentinalı futbolçu Lionel Messinin İspaniya "Barselona"sı ilə 5 illik yeni müqaviləsinin bəzi detalları bəlli olub.
 
Sfera.az "L Esportiu de Catalunya"ya istinadən xəbər verir ki, anlaşmaya əsasən, 34 yaşlı futbolçu 2022/2023 mövsümün sonunda karyerasını başa vura bilər. Buna təcrübəli oyunçunun özü qərar verə bilər. Həmçinin o, 2 ildən sonra ABŞ-ın MLS liqasına yollana bilər.

Messinin yeni müqavilə üzrə "Barselona"dakı ilk mövsüm üçün məvacibi 20 milyon avro olacaq. Növbəti mövsümdə isə məbləğ artırılacaq. Tərəflər 2023-cü ildə əməkdaşlığa son qoysa, ulduz futbolçuya böyük məbləğdə təzminat ödəniləcək. Amma Messi "Barselona"da qalacağı təqdirdə maaşı yenidən azaldılacaq.

Yeni sözləşmədə hücumçunun təzminat qiyməti 600 milyon avro göstəriləcək.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm İspaniya La Liqasında 35 oyuna 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 qarşılaşmasında 5 qol və 2 məhsuldar ötürmə də var.


OXŞAR XƏBƏRLƏR

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...