“Bir şəhid övladı deyə bilməz ki, Floranı çağırdım, gəlmədi...” – Xalq artistindən açıqlama

17:20 / 14.07.2021
1240
"Qazi toyuna getmək, təmənnasız iştirak etmək
ayaqüstə alqışlanası əməldir. Amma borclu olduğu halda, bunu minnətə çevirib qazilərə
qaxınc etmək, millətə özünü yaxşı sırımaq xatirinə gündəmə çevirmək insanın
cılızlığı, mədəniyyətinin əskikliyidir”.
Sfera.az bildirir ki, bunu Xalq artisti Flora
Kərimova izləyicilərinin suallarını cavablandırarkən deyib. O, illər əvvəl 11
min şəhidi, 50 min qazisi, 4 mindən çox itkini olan ölkənin Xalq artisti
olduğunu vurğulayıb:
O illərdə nə indiki kimi şəhid dəfn olunurdu, nə də qazilər yada düşürdü. Bu illər ərzində bir qazi, şəhid övladı deyə bilməz ki, Floranı bir məclisimə çağırdım, gəlmədi. Təəssüf ki, həmin illər İnstaqram, nə də alternativ vasitələr var idi. 25 il efir qadağası olan biri idim. Mən bu etdiklərimi dilə gətirmədim, gündəm etmədim. Çox şükür edirəm ki, yaradan bu xisləti mənə rəva bilmədi”.
Türkan