Şəhid ailələrindən çəkiliş üçün pul istəyənlər CƏZALANDIRILDI

Şəhid ailələrindən çəkiliş üçün pul istəyənlər CƏZALANDIRILDI

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində jurnalistlərin şəhid ailələrindən şəhidlər haqqında material hazırlamaq məqsədilə müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələri barədə  məlumatlar yayılıb. Həmin xüsusatlar üzrə Baş Prokurorluğun Cinayət tətqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb”.

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bildirilib ki, araşdırmalarla Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyən edilib.

Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib.

Baş Prokurorluq bu kimi həssas hallardan sui-istifadə edərək qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunacaqları ilə bağlı xəbərdarlıq edib.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...