Laçın şəhərindən yan keçəcək yeni “dəhliz”lə bağlı RƏSMİ AÇIQLAMA

Laçın şəhərindən yan keçəcək yeni “dəhliz”lə bağlı RƏSMİ AÇIQLAMA
"Bu barədə hələlik əlimizdə heç bir rəsmi məlumat yoxdur. Laçın şəhərindən yan keçəcək yeni "dəhliz” yolunun inşası haqda rəsmi məlumat olduqda ictimaiyyətə açıqlanacaq”. 

Sfera.az xəbər verir ki, bunu hazırda Rusiyanın rəsmən sülhməramlı missiyalı hərbi kontingentinin nəzarətində qalan Laçın şəhərindən, eləcə də  bir neçə kəndimizdən yan ötəcək yeni "dəhliz” yolunun inşasına başlanılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərlə bağlı Moderator.az-ın sualına cavabında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli söyləyib.

"Hazırda işğaldan azad olunmuş torpaqlarımızda tikintisinə rəsmən başlanmış digər yolların çəkilişi isə davam edir” - deyə şöbə rəisi əlavə edib.

Qeyd edək ki, bəhs edilən mövzuda sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərdən belə çıxır ki, yeni "Laçın dəhlizi” yolunun Laçın-Şuşa yolunun yaxınlığındakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri - Qayğı qəsəbəsi - Həkəri çayı - Ermənistanın Kornidzor(Gorunzur) kəndi marşrutuyluyla çəkilir. 

Xatırladaq ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun azad edilməsi ilə bağlı  xalqa müraciətində  sözügedən yolun daha qısa müddətdə çəkilə biləcəyini vurğulayıb.

Dövlət başçısının müraciətindən həmin sitatı bir daha nəzərinizə çatdırırıq: 

"İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - üç il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik” - deyə Prezident bildirib.

İlham Əliyev vurğulayıb ki, yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq:

"Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...