“Qadınları zorlayın” çağırışı edən azərbaycanlı bloqer ÜZR İSTƏDİ - VİDEO

20:31 / 12.07.2021
1080
Sosial şəbəkədə özünü "Pantural” kimi təqdim edən şəxs "qadınları zorlayın" deyə etdiyi çağırışa görə üzr istəyib.
Sfera.az xəbər verir ki, o, bu barədə öz "İnstagram" səhifəsinə video paylaşaraq fikrini düzgün ifadə etmədiyini bildirib:
"Həqiqətən də kobud fikir bildirmişəm, amma normal insanlar niyyətimin saflığını bilirlər. Əziz xanımlar, keçən video sizlərə şamil deyil. Hər bir namuslu xanımdan üzr istəyirəm. Səhvimi başa düşdüm və bundan sonra bu tip səhvlərə yol verməyəcəm”.
Bloqer daha sonra xəbər portallarından sözügedən videonun silinməsini xahiş edib.

Xatırladaq ki, "Pantural” videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyərək, diskomfort yaratdıqlarını bildirmişdi: "Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.
"Panturalı"nın üzr istədiyi videonu təqdim edirik:
Zeynəb
Sfera.az