İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı oldu - FOTOLAR

İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı oldu - FOTOLAR
İsmayıllı rayonunun Kürdmaşı kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.

 

Sfera.az-ın məlumatına görə, açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, İsmayıllı rayon Təhsil şöbəsinin, Gənclər və İdman idarəsinin kollektivi, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları iştirak ediblər.

 

 

Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,dövlət himni səsləndirilib. Abidə kompleksinin önünə əklillər və gül dəstələri düzülüb.


 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

 

 

Rayon rəhbəri abidənin inşasında əməyi keçən hər kəsə, o cümlədən kənd fəallarına öz təşəkkürünü bildirərək icra hakimiyyəti adından təşəkkürnamə təqdim edib.


 

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

 

 

Şəhid ailələri və qazilər çıxışlarında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


 

Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.


 

Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərinə həmçinin, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştiraklarına görə İsmayıllı Rayon Gənclər və İdman idarəsi, Kürdmaşı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən bir qrup könüllüyə və kənd fəallarına fəxri fərmanlar təqdim edib.

 

Sonda şəhid ailələrinin üzvləri və kənd sakinləri ilə xatirə şəkili çəkilib.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...