Küçələrdə qalan tarzən vəfat etdi - Nəşinə yiyə çıxan yoxdur

Küçələrdə qalan tarzən vəfat etdi - Nəşinə yiyə çıxan yoxdur
Bir müddət əvvəl "Elgizlə izlə" proqramına qatılaraq küçədə yaşadığını deyən tarzən Vahid Bağırov vəfat edib.

Parklarda yaşayan musiqiçi verilişin yaradıcı heyəti tərəfindən sığınacağa yerləşdirilmişdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Sığınacaqdan bildirilib ki, mərhumun nəşinə sahib çıxan olmayıb.

"Kitab oxuyurmuş, qoyub kənara yatıb. Elə yuxuda keçinib. Səhər sığınacağın işçiləri yemək gətirən zaman görüblər. Gecə yatıb səhər oyanmayıb", - deyə aparıcı Elgiz Əkbər bildirib.

Aparıcı əlavə edib ki, musiqiçinin cəsədi hələ də morqdadır. O, mərhumun qohumlarına səslənərək "Bütün xərci bizim kanal ödəyəcək. Bakı kəndlərindən birindəndir. Kimsəsizlər qəbiristanlığında dəfn olunmasın. Qohumlar sahib çıxsın, valideynlərinin yanında dəfn olunsun" sözlərini söyləyib.

Qeyd edək ki, V.Bağırov həyat yoldaşından ayrılıb. Övladları və keçmiş xanımı ondan imtina edib./Axşam.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...