Moskvada azərbaycanlı \"qanuni oğru\"ya qarşı ittiham irəli sürüldü

Moskvada azərbaycanlı \
Moskvada azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılov barəsində yeni ittiham irəli sürülüb.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, o, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham olunur.

İstintaq məlumatlarına görə, R. İsmayılovun 2013-cü ildən başlayaraq 7 il ərzində "qanuni oğru” olduğu müəyyən edilib, bu səbəbdən də ona qarşı 210.1-ci maddə üzrə ittiham elan olunub. Eyni zamanda istintaq nəticəsində onun 2009-cu ildə törədilmiş qətldə əli olduğu müəyyənləşib. Belə ki, İsmayılovun həmin ilin mayın 13-də axşam saatlarında əlbir olduğu bir şəxslə Moskvanın İsmaylovsk şossesində yerləşən kafelərdən birinə gələrək bir avtomobili odlu silahdan atəşə tutduğu, nəticədə, iki nəfərin öldüyü məlum olub.

İstintaq cinayətin şəxsi zəmində intiqam məqsədilə törədildiyini zənn edir. R. İsmayılov yaxın tanışının qətlində həmin bu iki öldürülən şəxsin əlinin olduğunu hesab edib.

Hazırda istintaq orqanları Rəşad İsmayılovun Moskva ərazisində törədilmiş hər hansı digər cinayətlərdə iştirak edib-etmədiyini araşdırır.

Xatırladaq ki, "Rəşad Gəncinski” ötən ilin avqustunda vaxtından 8 il tez azadlığa çıxıb.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...