Bakıda həkimi şantaj edən baş redaktor HƏBS EDİLDİ

Bakıda həkimi şantaj edən baş redaktor HƏBS EDİLDİ
"www.sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.

Sabunçu Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü "www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanmış, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...