Mobil oyunlara milyardlarla dollar xərclənir

Maraqlı
12:21 / 12.07.2021
981
2021-ci ilin birinci yarısında qlobal səviyyədə mobil proqramlara və
oyunlara 64,9 milyard dollar xərclənib.
Sfera.az "İnvesting.com” saytına istinadən xəbər verir ki, bu istiqamətdə
xərclənən vəsait ötən ilin birinci yarısına nisbətən 24,8 faizdən çox artıb.
Pullu yükləmələrin böyük hissəsi "App Store”nin payına düşür. Yükləmələrə
"App Store”də 41,5 milyard dollar, "Google Play Store”də
23,4 milyard dollar xərclənib.
2021-ci ilin birinci yarısında 72,5 milyard dəfə mobil proqram və oyun
yüklənib. 2020-ci ilin birinci yarısında bu göstərici 71,3 milyard idi.
Vasif