ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo: "Putin Baydenin zəifliyini görür"

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo:
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo əmindir ki,  Putin Amerika strukturlarına kiber hücumları dayandırmaqla bağlı bütün çağırışları "bir qulağından alıb, o biri qulağından verəcək”.
 
Sfera.az-ın pravda.ru-ya istinadla məlumatına görə, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo ABŞ prezidenti Co Baydeni "rusiyalı hakerlər"in Amerika obyektlərinə etdiyi kiberhücumlara görə Rusiyaya qarşı saxlama strategiyasını sərtləşdirməyə çağırıb. Onun fikrincə, Rusiya lideri Vladimir Putinlə bu mövzuda danışıqlar "heç bir nəticə verməyəcək”: Putin "xoşluqla  razılığa gəlmək” cəhdlərində yalnız Baydenin zəifliyini görəcək”.

"Prezident Baydenin çıxışını dinləyirəm və əminəm ki, keçmiş KQB zabiti Vladimir Putin  potensial olaraq toxuna biləcəyi minlərlə nəsnəni kənarda buraxaraq, ona: " Ey, toxunmağını yasaqladığımız 16 nəsnənin  siyahısı tutulub”  deyən prezidentin zəifliyini görür”,- deyə Mayk Pompeo Fox News telekanalının canlı yayımında bildirib.
 
Bunun əvəzinə, Bayden Rusiyanı "ağrı hiss etməyə" məcbur etməlidir, yəni "Rusiyanın  kiberhücumları" nın nəticələrini yalnız Putin və rusiyalı oliqarxlar deyil, bütün Rusiya xalqı hiss etməlidir ",- deyə Pompeo təklif edib.
 
" Özü də əmin olmalısınız ki, Rusiya tərəfi tez bir zamanda tutarlı, davamlı, sərt real xərclərin olacağını anlayırlar. Yəni, qarşı tərəfə qarşı saxlama strategiyasının bütün fərqləndirici cəhətləri tətbiq olunmalıdır. Tramp administrasiyası dövründə, yəni dörd il ərzində biz məhz bu cür etmişik",-  deyə keşmiş dövlət katibi fikrini tamamlayıb.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR