"ŞÖŞÜ” 53 yaşlı kişini BIÇAQLADI - Fakt araşdırılır

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Qiyaslı kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü Əhmədov Rövşən Qədir oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə əkin sahəsində olub. 53 yaşlı kişini "Şöşü" adlı tanışı bıçaqlayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır./apa/

OXŞAR XƏBƏRLƏR