Ərdoğan Srebrenitsa qətliamından danışdı

Siyasət
00:00 / 12.07.2021
1417
Avropa və bəşəriyyət tarixinin bu qara ləkəsinin heç bir halda arxa plana atılmasına icazə verməyəcəyik.
Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa qətliamının ildönümü ilə bağlı çıxışında deyib.
"Üzərindən 26 il keçməsinə baxmayaraq, Srebrenitsanın qəlbimizdə açdığı yaralar hələ də qanamağa davam edir. Ortaya çıxarılan hər məzar, hər şəhid 26 il əvvəlin şahidləri olaraq bizlərə o günləri xatırladır”, - deyə dövlət başçısı bildirib.