Elnur Məcidli 11 il sonra Azərbaycana qayıtdı, prezidentə TƏŞƏKKÜR ETDİ

Elnur Məcidli 11 il sonra Azərbaycana qayıtdı, prezidentə TƏŞƏKKÜR ETDİ
Jurnalist, məcburi mühacir Elnur Məcidli 11 il sonra Azərbaycana qayıdıb. 

Sfera.az xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında paylaşım edib. 

E.Məcidli müraciətini cavabsız qoymadığı üçün prezident İlham Əliyevə minnətdarlığını bildirib:

"11 ildən sonra artıq doğma vətəndəyəm!

Etdiyim müraciəti qarşılıqsız qoymayan və müsbət rəy bildirən ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesində vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmuruna və bu işdə rol alan kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm!

Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi.

Xaricdə yaşayan hər bir azərbaycanlı öz içində bir Azərbaycan daşıyır.

Bu gün içimizdə daşıdığımız Azərbaycan sevgisinin səmaya yüksəldiyi, həsrətin bitdiyi gündür.

Parçası olduğumuz torpağın üstündə gəzmək, torpaqlarını işğaldan azad etmiş müzəffər bir vətənə qayıtmaq ayrı bir xoşbəxtlikdir.

Qısamüddətli gəldiyim üçün hər kəslə görüşmək çətin olacaq, görüşə bilmədiklərim və bilməyəcəklərim indidən üzrlü hesab etsinlər. 

Allah öz vətəninin həsrətində olan hər bir insana yol açsın".

OXŞAR XƏBƏRLƏR