Ekspert: “Bu il qəbul nəticələrinin aşağı olacağı gözlənilir”

Ekspert: “Bu il qəbul nəticələrinin aşağı olacağı gözlənilir”
"Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi və DİM-in pandemiya ilə əlaqədar il ərzində ənənəvi sınaq imtahanlarını keçirməməsi abituriyentlərin qəbul nəticələrinə mənfi təsir edəcək”.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu amillər şagirdlərin imtahan təcrübəsi qazanma imkanlarını aşağı salıb:

"2019-cu ilə qədər ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi iki dəfə keçirilirdi. Bu, nəticələrin ciddi şəkildə yaxşılaşdırılmasına imkan verirdi. Bildiyiniz kimi, şagirdlər pandemiya səbəbindən 1 il 4 aydır ki, tədris prosesindən uzaqdırlar.

Eyni zamanda, Dövlət İmtahan Mərkəzi (DİM) həmişə şagirdlərin imtahan nəticələrinin daha da yaxşı olması üçün keçirdiyi sınaq imtahanlarını 1 ildən çoxdur ki, keçirmir. Bu il də pandemiya ilə əlaqədar kağız üzərində hər hansı bir sınaq imtahanı keçirilmədi. Təbii ki, şagirdlər sınaq imtahanlarında iştirak edəndə, fənlər üzrə vaxtlarını bölə bilirdilər, eyni zamanda hansı mövzunu zəif, hansını güclü bildiklərini müəyyənləşdirirdilər və bütün hallarda bu, onların nəticələrini yüksəltmələrinə imkan verirdi. Bu il yenə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək. Nəzərə alsaq ki, sınaq imtahanları bu il keçirilməyib və pandemiya şəraitində tədrisin təşkili tam mümkün olmayıb, istər hazırlıq kursları, istərsə də repetitorların fəaliyyəti tam olaraq həyata keçirilməyib, bu, təbii ki, şagirdlərin qəbul imtahanlarının nəticələrinə öz təsirini göstərəcək".
 
Ekspert, həmçinin bildirib ki, şagirdlərimiz birinci imtahanda həyəcandan, diqqətsizlikdən cavab kartına köçürmələrdə sürüşmə edirdilərsə, ikinci imtahanda bunu düzəltmə şansları olurdu:

"Lakin iki ildir onlara bu şans verilmir. Digər tərəfdən, artıq DİM-in keçirdiyi imtahanlarda cavab kartları da fərqlidir. Bu da təcrübə keçməyən abituriyentlər üçün çətinlik yaradacaq. Ona görə cari ildə balların ciddi şəkildə artmasını gözləmirik, əksinə müəyyən qədər aşağı düşmə ehtimalı var”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, bu il də bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi ilə bağlı qərar qəbul olunub.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...