Türkiyə və Fələstin prezidentləri görüşüb

Dünya
16:34 / 10.07.2021
2043
Fələstinin dövlət başçısı Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında İstanbula rəsmi səfərə gedib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, səfər çərçivəsində dövlət başçıları arasında təkbətək görüş keçirilib.
Mətbuata qapalı formada keçirilən görüşdə ikitərəfli münasibətlər müzakirə olunacaq.