Avropa Birliyi benzinlə işləyən avtomobillərdən tamamilə imtina etmək niyyətindədir

Avropa Birliyi benzinlə işləyən avtomobillərdən tamamilə imtina etmək niyyətindədir
Avropa Birliyi ölkələri elektrik avtomobillərin xeyrinə, benzinlə işləyən avtomobillərdən tamamilə imtina etmək niyyətindədirlər.
 
"APA-Economics” "Bloomberg”ə istinadən xəbər verir ki, Avropa Komissiyası, builki səviyyəyə nisbətən yeni avtomobillərdən çıxan tullantıların 2030-cu ildə 65%, 2035-ci ildə 100% azaldılmasını tələb olaraq irəli sürmək niyyətindədir. Burada minik avtomobillərinə xüsusi diqqət ayırmaq planlaşdırılır. Belə ki, AB-nin bütün karbon tullntıların təxminən 12% -ni məhz minik avtomobillərinin payına düşür. 2030-cu ilədək bü göstəricini 37,5%-ə catdırılması hədəflənir.

Avtomobil istehsalşıları, on illiyin sonuna bütün istehsal etdikləri avtomobillərin demək olar ki, böyük əksəriyyəti və ya hamısı batareya ilə işləyəcəklərini bəyan ediblər.

Avropanın ən böyük istehsalçısı "Volkswagen”, satışların 70% -nın 2030-cu ildən etibarən elektrikli avtomobillərdən əldə ediləcəyini gözləyir, "Renault” isə avtomobillərinin 90% -ni ekoloji cəhətdən təmiz etmək niyyətindədir. Öz növbəsində "Ford Motor” yalnız elektrikli avtomobillər istehsal edəcəyini bildirib.
Elektrikli avtomobillərin kütləvi tətbiqi üçün Avropa Komissiyası AB ölkələrinin hökumətlərini əsas magistral yollarda hər 60 kilometrdən bir şarj stansiyalarının quraşdırılmasını tələb olaraq irəli sürəcək.

Təmiz nəqliyyata kütləvi keçid, AB-nin gələn həftə açıqlayacağı iqlim hədəflərinə çatmaq üçün tədbirlər paketinin bir hissəsidir. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...