İntihar edən rəislə bağlı cinayət işi başlanıldı

Kriminal
12:34 / 10.07.2021
1654
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin intiharı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.