Hindistanda yeni virus yayılır - Hamilə qadınlar üçün risklidir

Hindistanda yeni virus yayılır - Hamilə qadınlar üçün risklidir
Hindistanın Kerala əyalətində 14 nəfərdə Zika virusu aşkar edilib.

Sfera.az xəbər verir ki, BBC-nin hesabatına görə, Trivandrum şəhərində 14 nəfərdə Zika virusunun aşkarlandığını təsdiqlənib.

Sözügedən virus ilk olaraq 28 iyun tarixində hamilə qadında müəyyən edilib.

Zika virusu insanlara yoluxmuş "Aedes aegypti" ağcaqanadının dişləməsi ilə keçir.

Ağcaqanad dişləməsindən əlavə qan və cinsi əlaqə yolu ilə ortaya çıxan Zika virusuna ilk dəfə 1947-ci ildə Uqanda-nın Zika meşələrində meymunlarda rast gəlinib.

Zika virusunun mikrosefaliyaya səbəb olduğu düşünülür və bu,hamilə qadınlara ötürülərsə uşaqlarda problem yaradır, inkişafa mane olur.

Virusa yoluxan şəxsdə hərarət, göz qızarması, qusma, baş ağrısı, əzələ və oynaq ağrıları kimi əlamətlər özünü biruzə verir. Bu xəstəlik üçün xüsusi bir müalicə və ya profilaktik peyvənd yoxdur.

Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR