"NATO Rusiyanı dinləməsin" - Ukrayna XİN

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-nu Rusiyanı dinləməkdə günahlandırıb.
 
Sfera.az xəbər verir ki, nazir NATO-ya Ukraynanın üzvlük məsələsinə kənar qüvvələrin qarışdığını bildirib: "Bir tərəfdən Ukrayna-NATO münasibətlərində Rusiyanın söz sahibi olmadığını eşitdiyimiz halda digər tərəfdən Rusiyanın da mövqeyini əsas almaqla Ukraynanın Avropa-Atlantikaya inteqrasiyası üçün doğru zaman olmadığı kimi bəyanatlar eşidirik".
 
Nazir NATO-ya üzv olmaqdan da əlavə ölkədə islahatların keçirildiyini, lakin istənilən halda üzvlük məsələsində tutarlı cavab almaq istədiklərini deyib.
 
 
Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR