Hadisə məşhur restoranın sahibi ilə sevgili oldu - FOTO

11:12 / 10.07.2021
2031
Kaan Yıldırım-Çağla Şıkel iddialarından sonra türkiyəli müğənni Hadisədən də gözlənilməz eşq xəbəri gəlib.
Sfera.az xəbər verir ki, ifaçının məşhur restoran sahibi ilə münasibətə başladığı irəli sürülüb. Cütlüyün Bodrumda məkanların birində əylənərkən görüntülənməyi iddiaları gücləndirib.
Məlumata görə, Hadisənin yeni sevgilisi "Gloria Jean's Coffees"in sahibi Mehmet Dinçerlerdir. Onlar məkana əl-ələ girərkən görülüblər.
Xatırladaq ki, Hadisə sevgilisi Kaan Yıldırımdan bir neçə həftə əvvəl ayrılmışdı. Ardınca isə, aktyorun həmkarı Çağla Şikel ilə yaxınlaşdıqları iddiaları yayılıb.
Türkan
Sfera.az