Rusiyalılara "vaksinasiyaya görə bonus" dolandırıcılığı mövzusunda xəbərdarlıq

Rusiyalılara
Bank nümayəndələri koronavirus peyvəndi ilə bağlı yeni fırıldaqçı sxem haqda məlumat verib.
 
Sfera.az-ın məlumatına görə bunu Rusiyanın ən böyük media holdinqlərindən biri olan  RBK "RosBiznesKonsaltinq” yazır.
 
Fırıldaqçılar peyvənd edilən şəxslərçün bonusların yığılması barədə İnternetdə reklam yerləşdirirlər. Bu sxem artıq Qazprombank və VTB -də aşkar edilib.

"İstifadəçi elandakı linkə daxil olduqda, qarşısında bir səhifə açılır və ondan adını, soyadını, telefon nömrəsini, eləcə də bank kartındakı məlumatları daxil etməsi xahiş edilir. Sonradan bütün bu məlumatlar fırıldaqqçıların əlinə keçir”,- deyə "Kasperski laboratoriya”sının  kontent-analitiki Anton Yatsenko qçıqlayıb.
Şirkət istifadəçiləri ayıq-sayıq olmağa və dələduzların hiyləgərliyinə uymamağa çağırıb.

Son zamanlar koronavirus vaksinasiyası ilə bağlı fırıldaqçı sxemlərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Bu yaxınlarda Moskvada restoran və kafeləri ziyarət etmək üçün saxta QR kodları, eləcə də COVID sertifikatları satan şəxslər  aşkarlanıb.
 
Qeyd edək ki, saxta dövlət xidmətləri portalına yol açan QR kodlarından istifadə  iki ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR