“Space” TV-nin əməkdaşının evində yanğın oldu

“Space” TV-nin əməkdaşının evində yanğın oldu

Göyçay rayonunda yanğın olub.

 

Sfera.az APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Yekəxana kəndində qeydə alınıb.

 

Kənd sakini Rəşidov Rəşad Valeh oğluna məxsus evin həyətindəki mal-qara tövləsində baş verən yanğın havanın küləkli olması səbəbindən qısa müddətdə geniş ərazini əhatə edib. Hadisə nəticəsində tövlə və onun damındakı 2 ton ot, 31-BC-075 dövlət nömrə nişanlı "QAZ 2410” markalı minik avtomobili, yaxınlıqdakı pomidor istixanası və meyvə ağacları yanıb.

       

Hadisə yerinə FHN Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, alovun yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik məlum deyil. 
      

Qeyd edək ki,  R. Rəşidov "Space” TV-nin əməkdaşıdır. Yanğın baş verən zaman o, Ağdaşda olduğundan hadisədən gec xəbər tutub. Hadisə nəticəsində R. Rəşidovun şəxsi əmlakına 8 min manat ziyan dəyib. 
     

Faktla bağlı araşdırma aparılır.

 

goycayda space tv nin emekdasinin evinde yangin olub

 

goycayda space tv nin emekdasinin evinde yangin olub



OXŞAR XƏBƏRLƏR

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...