"Bir dəqiqədə aclıqdan 11 nəfər ölür, COVID-19-dan 7 nəfər.."

"Bir dəqiqədə aclıqdan 11 nəfər ölür, COVID-19-dan 7 nəfər.."

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.Ekspert bütün dünyanın bu reallığa susduğunu bildirib:

""Oxfam” beynəlxalq xeyriyyə təşkilatı hesabat yayıb, rəqəmlərlə və faktlarla sübut olunur ki, dünyada hər bir dəqiqəyə 11 nəfər acından ölür, COVİD-19-dan isə hər dəqiqədə 7 nəfər ölür. Nədənsə dünya aclıqdan, susuzluqdan, pis qidalanmadan ölənlərə görə hay-küy salmır, kampaniya aparmır, dünya KİV-ləri bunu gündən etmir - ədalət bumu?!
 
Aclıqdan ən çox əziyyət çəkən ölkələr Əfqanıstan, Efiopiya, Cənubi Sudan, Suriya, Yəmən, Banqladeş, Myanmar və Şimali Koreyadır. Orda yaşayanlar insan deyil?! Haqları yoxdur?! Hə, aydındır, toplum zəifdir deyə normal idarəetmə sistemləri qurulmayan ölkələrdir, amma bu məsələdə onlara yardım etməkdənsə acından öldürməkmi lazımdır?!".
 
İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR