“Türkiyə, Azərbaycan və Gürcüstanın birgə hərbi təlimləri psixoloji təzyiqdir” - Ekspert

13:14 / 09.07.2021
1328
"Bu günə qədər keçirilən və bundan sonra olacaq
hərbi təlimlərə təkcə təlim kimi baxmaq doğru deyil. Bu, həm də Türkiyə, Azərbaycan
və Gürcüstanın eyni məxrəcdə birləşməsi deməkdir”.
Bu sözləri Sfera.az-a açıqlamasında 44 günlük
müharibə nəticəsində bölgədə yaranmış yeni situasiyadan sonra Türkiyə, Azərbaycan
və Gürcüstanın oktyabrın 4-8 aralığında birgə hərbi təlimlərdən söz açarkən, hərbçi
ekspert İbrahim Rüstəmli deyib:
"Bu təlimlər rəsmi olmasa da, əslində üç dövlətin
hərbi koalisiya şəklində birləşməsi anlamına gəlir. Bu təlimlər Ermənistana ağıllanmaları,
dövlət olaraq məhv olmaqdan xilas olmaları üçün mesajdır. İndi İrəvan tam
olaraq təklənib. Təlimlər Ermənistana qarşı 3 dövlətin psixoloji təzyiqidir”.
Ekspert qeyd edib ki, belə təlimlər xüsusən də
Gürcüstan üçün daha vacibdir:
Rüfət SULTAN