“Makron Paşinyanın badə dostudur, Putin isə içki həvəskarı deyil” – İlginc açıqlama

11:23 / 09.07.2021
1807
"Ermənistanın baş nazir vəzifəsini icra edən
Nikol Paşinyanın Moskvadan sonra növbəti səfəri böyük ehtimalla Fransaya
olacaq”.
Sfera.az bildirir ki, bunu "Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O, Fransa prezidenti Emmanuel Makronun erməni
dostunu Parisə dəvət edəcəyini bildirib:
"Elə Paşinyanın özü də Rusiya prezidenti
Vladimir Putinlə müqayisədə özünü Makronla görüşlərdə daha rahat hiss edir.
Putin içki həvəskarı deyil, Makron isə Paşinyanın badə dostudur. Ancaq problem
ondadır ki, Ermənistanın təhlükəsizliyi və problemlərinin mümkün həlli Rusiya
ilə ittifaqdan asılıdır. Makron sadəcə quru vədlər verə bilər, çünki Fransanın
bölgəmizdəki proseslərə təsir gücü azdır”.
Politoloqun sözlərinə görə, Ermənistanda
keçirilən son rəy sorğuları Fransanın Rusiyanı üstələdiyini göstərir:
Günay