BAKIDA DƏHŞƏTLİ QƏTL: Ər arvadını bıçaqlayaraq öldürdü, sonra özü intihar etdi

00:10 / 09.07.2021
1514
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Binə qəsəbəsində 1998-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu öz həyat yoldaşını bıçaqlayaraq öldürüb. Daha sonra özü özünü bıçaqlayıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
(Report)