“LGBT üzvlərinə qarşı aparılan kampaniya anlaşılan deyil” – Partiya sədri

“LGBT üzvlərinə qarşı aparılan kampaniya anlaşılan deyil” – Partiya sədri
"Azərbaycanda saysız-hesabsız problemlər olduğu halda, siyasi partiya liderlərinin, ekspertlərin LGBT mövzusunu bu qədər həssaslıqla gündəmdə saxlamaq cəhdi, LGBT üzvlərinə qarşı aparılan kampaniya anlaşılan deyil”.

Sfera.az bildirir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
 
Partiya sədri qeyd edib ki, LGBT üzvü olmaq və ya olmamaq insanların öz seçimidir: "Konstitusiyamızda da göstərildiyi kimi, şəxsi həyat toxunulmazdır.  Necə ki, kimsə mömin, ateist, deist və sair olmaq seçimində sərbəstdir. Hər bir vətəndaş öz həyatını yaşayır. Bundan faciə düzəltməyə gərək yoxdur.
 
Əsl fəlakət demokratik cəmiyyət qurmaq uğrunda yola çıxmış, demokratik, liberal dəyərlərdən danışan həmkarlarımın şovinist düşüncələrlə ortaya çıxmasıdır. O cümlədən korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalıqlarına, qanunsuz məhkəmə qərarlarına, haqsızlığa, seçki saxtakarlığına səs çıxarmağa cəsarəti olmayanların belə qeyri-siyasi mövzularda danışmağa "cəsarət” tapmasıdır”.

A.Şakiroğlunun sözlərinə görə, fəlakət hansısa LGBT təşkilatı yox, ölkəmizdə tüğyan edən narkotik ticarətidir: "Bu bir xalq olaraq hər birimizi məhvə aparır! Hesab edirəm ki, bu enerjimizi, bu təbliğatı narkomaniya əleyhinə xərcləsək, cəmiyyətimiz, xalqımız üçün daha faydalı iş görmüş olarıq”.
 
 

OXŞAR XƏBƏRLƏR