Tanınmışlar da narkomaniya ilə mübarizəyə qoşuldu: “Gələcəyimiz məhv olur”

Tanınmışlar da narkomaniya ilə mübarizəyə qoşuldu: “Gələcəyimiz məhv olur”
Son günlər mütəxəssislər narkotiklə bağlı həyəcan təbili çalır. Onlar "patı”, "şüşə”, "metamfetamin” kimi süni narkotik istifadəçilərinin sayının artdığını vurğulayırlar.
 
Sfera.az bildirir ki, yerli məşhurlar da məsələyə münasibət bildirib. Belə ki, tanıınmış prodüser Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkə hesabında paylaşıb edib.
 
O qeyd edib ki, bu gün gənclərin narkomaniyanın qurbanına çevrilməsinə səbəb onun bəlkə də MDB ölkələri arasında ən çox bizim sosial şəbəkələrdə təbliğ olunmasıdır:

"Daxili İşlər Nazirliyi son günlər onlarla narkotik alverçisini və onların təbliği ilə məşğul olanları tutub. Amma bu azdır. Düşünürəm ki, bu mübarizədə hər birimiz səfərbər olmalıyıq”.

Prodüser narkotikə qurşananlarla bağlı müvafiq qurumları xəbərdar etməyi təklif edib: "Bununla həm onların həyatını xilas etmiş olursunuz, həm də başqa gənclərin bu bəlaya yoluxmasının qarşısını alırsız. Narkomaniyaya stop deyək!”.

Digər məşhur,  fitness məşqçisi Kamil Zeynallı  da bu halların artdığını bildirib.  Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən məşqçiyə izləyicilərindən çoxsaylı mesajlar gəlib. "Narkotik şəhərdə ayaq açıb istədiyi kimi gəzir. Gəncliyimiz, gələcəyimiz məhv olur, ölkə narkomaniyadan batır”, - deyə Zeynallı əlavə edib.
 
Türkan
 

OXŞAR XƏBƏRLƏR