Estoniya rusiyalı diplomatı qovacağını təsdiqlədi: “Bəli, belə olacaq”

Estoniya rusiyalı diplomatı qovacağını təsdiqlədi: “Bəli, belə olacaq”
Estoniya konsul Mart Lyattenin Sankt-Peterburqdan qovulmasına cavab olaraq,  rusiyalı diplomatı ölkədən yollayacağını bildirib.
 
Sfera.az-ın  RİA "Novosti”yə istinadla məlumatına görə, bunu baş nazir Kaya Kallas bəyan edib.
 
"Beynəlxalq münasibətlər praktikasında belə qəbul olunub ki, bir tərəf diplomatik işçini ölkədən göndərirsə, digər tərəfdən buna  simmetrik cavab gəlir. Bəli, biz də belə bir addım atmağı planlaşdırırıq”,- deyə o, söyləyib.
 
Baş nazirin sözlərinə görə, Sankt-Peterburqda baş verən olay, FTB-nin estoniyalı diplomata qarşı təxribatdır. Xanım Kallasın fikrincə, sözü gedən diplomat "çalışdığı ölkədə bütün hüquqi aktlara uyğun olaraq vəzifəsini icra edirdi”.
 
Bir müddət əvvəl FTB Lyattenin iyulun 6-da Rusiya vətəndaşından məxfi materiallar alarkən cinayət başında tutulduğunu bəyan etdi. Daha sonra  Xarici İşlər Nazirliyi konsulu persona non qrata elan edərək, diplomatın 48 saat ərzində ölkəni tərk etməli olduğunu bildirdi.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR