Məhərrəmlikdə toy etmək olar? - İlahiyyatçı "hə" dedi, restoranlar isə...

15:39 / 08.07.2021
4040
İyul ayının 1-dən etibarən ölkə ərazisində xüsusi
karantin qaydaları çərçivəsində nişan və
toy mərasimlərinin keçirilməsinə icazə verilib. İki ilə yaxındır ki, mövcud
qadağa ilə üz-üzə qalan cütlüklər üçün isə bu qərarı göydəndüşmə heab etmək
olar. Elə buna görədir ki, demək olar iyul ayı üçün şadlıq sarayalarında boş
yer tapmaq olmur.
Hər kəsin toy və nişan mərasimini iyul ayında etmək
istəyi isə avqustun 10-dan etibarən Məhərrəmlik ayının başlması ilə əlaqədardır.
Artıq illərdir ki, xalqımız İslam dəyərlərini rəhbər tutaraq Məhərrəmlik ayında
toy, şənlik keçirməyi günah hesab edir.
Maraqlıdır, bəs, görəsən doğurdan da Məhərrəm ayında
toy, yaxud nişan etmək günah sayılır?
Məsələ ilə bağlı Sfera.az-a danışan ilahiyyatçı
Elşad Miri Məhərrəmlikdə toy və nişan mərasimlərinin keçirilə biləcəyini
deyib:
"Dində məhərrimlik ayında toy etməklə bağlı
qadağa yoxdur. İslamın əsas anlayışı Quran kitabıdır. Quran kitabında isə toy,
nişan mərasimi etmək mövzusunda hansısa qadağa, göstəriş yoxdur. Əgər Quran
kitabında belə bir anlayış yoxdursa, o zaman "din icazə vermir" demək
olmaz. Peyğəmbərin özünün də bu mövzu ilə bağlı hansısa qadağası yoxdur. Məhərəmlik
Aşura ilə əlaqədar bir məsələdir Aşura isə peyğəmbərin vəfatından çox -çox
sonra, onun nəvəsinin qətlə yetirilməsi ilə bağlıdır. Məsələyə eyni şəkildə
yanaşsaq, gərək 44 günlük müharibədə qəhrəmanlıq simvoluna çevrilən əsgərlərimizin
şəhid olduğu günlərdə də toy etməyək".
Sosioloq Lalə Mehralı məhərrəmlik ayında spirtli içki
olmadan toy keçirilməsinin tərəfdarı olduğunu deyib: "Məhərrəm ayında, yəni avqust-sentyabr
ayları üçün toyların keçirilməsi məsələsinə normal baxıram. Sadəcə olaraq, mərasimdə
spirtli içki vermədən şənlik təşkil etmək olar. Bizim insanlar Məhərrəm ayında
spirtli içki qəbul edə bilmədikləri üçün toyların da keçirilməsinə müsbət
yanaşmırlar. Spirtli içkinin əziz günümüzdə qəbul edilib-edilməməsinin bizim üçün
fərqi olmamalıdır. Əgər insanlar bu qayda ilə barışsalar, Məhərrəmlik ayında da
toy təşkil etmək mümkündür".
Məhərrəmlikdə şənlik və toy mərasimlərinin təşkil
edilib-edilməməsi ilə bağlı şadlıq sarayları arasında da sorğu keçirdik.
Cavablar demək olar ki, eyni oldu:
"Gilavar" şadlıq sarayından bildirdirlər ki, Məhərrəm ayında nişan mərasimləri
olsa da toylar keçirilmir: "Avuqst ayının ilk 9 günü üçün toy və nişan mərasimləri
ilə bağlı sifarişlər almışıq, lakin Məhərrəm ayı boyunca belə müraciət daxil
olmayıb. Əvvəllər də insanlar bu ay üçün toy keçirməyiblər, lakin nişan mərasimləri
olub".
"Çıraq Palas" şadlıq sarayının nümayəndəsi isə müsəlman ölkəsi
olduğumuzu xatırladaraq, belə bir şeyin mümkünsüz olduğunu dedi: "Biz Amerikada yaşamırıq, Azərbaycanda - müsəlman
ölkəsində yaşayırıq. İndiyədə qədər Məhərrəm ayında nə toy nə də nişan
etmişik".
"Pluton" şadlıq sarayında da vəziyyət eynilik təşkil edir: "100 faizlik məsələdir ki, insanlar Məhərrəm ayı boyunca toy etmək istəmirlər. İndiyə qədər bu ayda hansısa şənliyin keçirilməsi
ilə bağlı bizə müraciət etməyiblər".
"Su Səsi" şadlıq sarayının nümayəndələri
bu il Məhərrəm ayları boyunca mərasimlərin keçirilməsi ilə bağlı müraciətlərin
daxil olacağını düşünsələr də yanıldıqlarını dedilər:
Əzizə Zeynal
Sfera.az