“Arvadı ilə gələnə bir qiymət, məşuqəsi ilə gələnə başqa qiymət deyirlər”

Cəmiyyət
15:12 / 08.07.2021
1101
Son günlər Azərbaycanda turizm sektorunda olan bəzi iaşə obyektlərinin tətbiq etdiyi qaydalar müştərilər tərəfindən narazılığa səbəb olur. Restoranların şortik geyinənləri içəri buraxmaması, otellərin nikah kağızı tələb etməsi kimi qeyri-standart qaydalar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və müzakirələrə gətirib çıxarır.
"Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. "Jiquli” ilə gələnə bir qiymət, "Bentley” ilə gələnə digər qiymət. Şortiklə gələnə əlavə ödəmə...Ərəblərin isə ümumiyyətlə, mərhəmətə zərrə qədər də şansları yoxdur, tanış gəlir?