“Antiterror əməliyyatı keçirə bilərik” - Açıqlama

“Antiterror əməliyyatı keçirə bilərik” - Açıqlama
"PUA-lar vasitəsilə Qarabağdakı erməni terror bazaları və qanunsuz hərbi birləşmə liderlərini məhv edə bilərik”.

Bu sözləri Sfera.az-a açıqlamasında İrəvanın Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında məskunlaşan terror qruplarını nəinki geri çəkmədiyi, hətta "Böyük Tiqran” birliyi tərəfindən onlara hərbi kurslar keçirməklə yeni terrorçu və muzdlu dəstələr hazırlamaqda davam etdikləri barədə erməni kanallarının yaydığı məlumata münasibət bildirərkən, QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib:
 
"Bu xəbərin real olması yüksəkdir və Rusiya sülhməramlılarının öz işinin öhdəsindən gəlmədiyi və yaxud gəlmək istəmədiyini açıq şəkildə göstərir. Bu hadisə rus sülhməramlıları barədə formalaşan mənfi imici daha da artıracaq. Beynəlxalq hüquqa və 10 noyabr, 11 yanvar sazişlərinə uyğun olaraq Ermənistan və Rusiya sülhməramlıları Qarabağdakı terror birləşmələrini zərərsizləşdirmək üçün üzərlərinə düşən vəzifəni icra etməlidirlər. Onlar bunu etmirsə, Azərbaycan üç istiqamətdə iş aparmalıdır. Öncə, Rusiyadan və birgə Monitorinq mərkəzindən diplomatik və ictimai yolla tələb edilməlidir ki, üzərlərinə düşən işi həyata keçirsinlər”.
 
Ekspert bildirdi ki, sülhməramlılar bunu etməyəcəklərsə, konkret zaman çərçivəsində terrorçu qruplara qarşı antiterror əməliyyatına başlamalı olacağımız baradə açıqlama verməliyik:
 
"Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarına istinad etməklə 44 günlük müharibədə həmin qərarları reallaşdırdığımız kimi, bu prosesdə də beynəlxalq hüquq və ölkə Konstitusiyasının verdiyi səlahiyyətləri nəzərə alaraq antiterror əməliyyatına başlayacağımızı elan etməliyik. Buna görə heç bir xarici güc Azərbaycana heç nə deyə bilməz”.

Həmsöhbətimiz düşünür ki, bu zaman həmin terrorçu qruplara qarşı antiterror əməliyyatını bir neçə istiqamətdə həyata keçirə bilərik: "PUA-lar vasitəsilə Qarabağdakı erməni terror bazaları və qanunsuz hərbi birləşmə liderlərini məhv edə bilərik. Digər tərəfdən, ərazi əməliyyatı keçirib, terrorçuları məhv etməliyik”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR