Vilayət Eyvazov Bayram Səfərovun oğlu ilə bağlı əmr imzaladı - FOTO

Vilayət Eyvazov Bayram Səfərovun oğlu ilə bağlı əmr imzaladı - FOTO
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu, polis polkovnik-leytenantı Xəlil Səfərova yeni vəzifə verilib.

Sfera.az "unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəlil Səfərov Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bir müddət öncə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdu.


OXŞAR XƏBƏRLƏR