"ABŞ-ın Əfqanıstandan geri çəkilməsi məğlubiyyətdir" - Lavrovdan AÇIQLAMA

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiya qüvvələrinin Əfqanıstana göndərilməsi ilə bağlı suala cavab verib.

Sfera.az Sputnik-ə istinadən bildirir ki, nazir, Uzaq Şərq Federal Universitetində rus qüvvələrinin Əfqanıstana getməsi ilə bağlı suala: "Düşünürəm ki, bu mövzuda cavabımız aydındır", deyə, münasibət bildirib.
 
Lavrov, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Əfqanıstandan yaraqlılar hücum edəcəyi təqdirdə Tacikistana kömək imkanlarını dərhal nəzərdən keçirəcəyini deyib.

Xarici İşlər Naziri Əfqanıstandakı siyasi proseslərin pozulması nəticəsində ölkədəki mövqelərdə boşluqlar olduğunu və İŞİD yaraqlılarının hərəkətə keçdiyini diqqətə çatdırıb.

Rus nazir, ABŞ qüvvələrinin Əfqanıstandan çəkilməsini məğlubiyyəti işarə etdyini vurğulayıb.
 
Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR