“Paşinyan çabalayır, Putindən yaxa qurtarmağa çalışır” – Rəsul Quliyev

11:24 / 08.07.2021
1074
"Ermənistanın bütün sərhəd boyu qorunmasını Rusiya
qoşunları həyata keçirir. Bir sözlə, Rusiyanın növbəti işğal etdiyi ölkə Ermənistandır!”.
Sfera.az bildirir ki, bunu Azərbaycan
parlamentinin sabiq spikeri Rəsul
Quliyev deyib. Onun sözlərinə görə, Nikol Paşinyan Rusiyadan necə yaxasını
qurtaracağını bilmir.
"Putin yekə bir əjdaha cildində Paşinyanı
balaca qurbağa kimi ağzında ora-bura fırlayıb, hərdən bir az da "içəri çəkir”.
Paşinyan çabalayır, tez-tez Moskvaya gedib "əjdahanın ağzından” çıxmaq üçün təkliflərini
verir, ancaq xeyri olmur”, deyə R.Quliyev qeyd edib.
Eks-spiker həmçinin Azərbaycan prezidentinin qətiyyətini
göstərdiyini, "Dağlıq Qarabağa dair heç bir status olmayacaq!” kimi verdiyi sözə
əməl etdiyini vurğulayıb.
Günay