ABŞ Qara dənizə desant gəmisi göndərdi

Sfera.az xəbər verir ki, bu haqda Amerikanın 6-cı dəniz donanmasının tvitter hesabında məlumat verilib.
""USNS Yuma” Qara dənizdə şimal istiqamətində NATO-dan olan müttəfiq və tərəfdaşlarımız ilə qarşılıqlı fəaliyyət üçün araşdırmalara başlayıb”, - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, iyunun sonunda Qara dənizdə "Sea Breeze” beynəlxalq təlimləri başlayıb. Bu təlimlərdə Ukrayna, ABŞ və NATO üzvləri də daxil olmaqla 32 ölkədən 5 000 hərbçi, 40 təyyarə və 32 gəmi iştirak edir.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Qara dəniz donanmasının qüvvə və vasitələri təlimlərdə iştirak edən gəmilərin fəaliyyətinə nəzarət etmək üçün kompleks tədbirlər görür.
Rusiyanın ABŞ-dakı səfirliyi açıqlama yayaraq təlimlərin miqyasının Qara dənizdə məqsədli xarakter daşımayan insidentlərin baş vermə riskini artırdığını qeyd edib. Bu səbəbdən də Moskva, Vaşinqton və onun tərəfdaşlarını regionda hərbi fəaliyyətlərdən imtina etməyə çağırıb.