Haitidə 15 günlük matəm elan edildi

Dünya
23:35 / 07.07.2021
1709
Haitidə prezident Jovenel Moizin sui-qəsd nəticəsində öldürlməsi səbəbindən 15 günlük milli matəm elan edilib.
Sfera.az xəbər verir ki, matəm günləri 8-22 iyul tarixlərini əhatə edəcək.
Qeyd edək ki, Jovenel Moiz və xanımı Martin Moiz prezident iqamətgahına silahlı hücum zamanı qətlə yetiriliblər.
Moiz 2017-ci ildən Haitinin prezidenti vəzifəsini icra edirdi.