Şəmkirdə sel avtomobili apardı, 3 nəfər yaralandı

Şəmkirdə sel avtomobili apardı, 3 nəfər yaralandı
Şəmkir rayonunda yağmurlu hava şəraiti səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun "Kraz yolu” deyilən yolda qeydə alınıb.

Belə ki, sel bir avtomobili apararaq digər avtomobilə çırpıb. Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onlardan ikisinin kimliyi məlum olub - Bənövşə Musayeva və İlqar Musayev. Faktla bağlı araşdırmalara başlanılıb.
 
(Report)

OXŞAR XƏBƏRLƏR