Gədəbəydə seldə həyatını itirənin meyiti tapıldı - YENİLƏNDİ

Gədəbəydə seldə həyatını itirənin meyiti tapıldı - YENİLƏNDİ
Gədəbəy rayonunda bir nəfər seldə boğulub.

Sfera.az xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində baş verib.

Hələlik şəxsiyyəti dəqiqləşdirilən kənd sakininin sel sularından boğularaq öldüyü ehtimal edilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.
 ***
 
Gədəbəy rayonunda seldə boğulan şəxsin kimliyi bəlli olub.

Sfera.az-ın verdiyi məlumata görə, hadisə nəticəsində həyatını itirən 1958-ci il təvəllüdlü Sahib Sadıqov olub.

Çobanlıqla məşğul olan mərhumun meyiti tapılıb.


OXŞAR XƏBƏRLƏR