“Rəsmi Bakı Kremlə xəbərdarlıq etməlidir” – Atəş səsləri niyə kəsilmir?

“Rəsmi Bakı Kremlə xəbərdarlıq etməlidir” – Atəş səsləri niyə kəsilmir?
"Antiterror əməliyyatına ehtiyac yoxdur. Sadəcə, Bakı təxribatla bağlı Kremlə xəbərdarlıq etməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında ermənilərin Ağdam istiqamətində növbəti dəfə atəşkəsi pozmasından sonra Azərbaycanın antiterror əməliyyatına başlaya biləcəyinin mümkünlüyünü dəyərləndirərkən, politoloq Turan Rzayev deyib:
 
"Mövcud olayla bağlı rəsmi Bakı rus sülhməramlılarının rəhbərliyi, eyni zamanda, Kremlə rəsmi şəkildə müraciət etməlidir. Hətta bununla bağlı həmin instansiyalara xəbərdarlıq edilməlidir. Moskva silahlı erməni birləşmələrinin Qarabağı tərk etməsini öhdəsinə götürüb. Burada ümumiyyətlə erməni silahlı birləşmələri olmamalıdır”.
 
Həmsöhbətimiz indiki halda antiterror əməliyyatına ehtiyac olmadığı qənaətindədir:
 
"Çünki antiterror əməliyyatına başlamaq üçün ortada məsələ yoxdur. Ortada ciddi məsələ olsaydı, Azərbaycan çoxdan prosesə müdaxilə edərdi. Nəzərə almaq lazımdır ki, mövcud vəziyyətdə də Azərbaycanın Xankəndidə baş verən hər hadisə barədə məlumatı var. Xankəndi üzərindən Azərbaycanın pilotsuz aparatları uçmaqda davam edir. Bütün Qarabağ Azərbaycan hərbçilərinin nəzarətindədir. Bu da o deməkdir ki, Xankəndidə rus sülhməramlılarının olması reallığı dəyişmir.  Digər tərəfdən, burada rus sülhməramlılarından əlavə Türkiyənin Rusiya ilə birgə müşahidə qrupu da mövcuddur. Azərbaycan hərbi sahədə Türkiyə ilə geniş müstəvidə əməkdaşlıq edir. Hərbi kəşfiyyat məsələsində də qardaş ölkə ilə əlaqələrimiz var”. 
 
T. Rzayev qeyd edib ki, ermənilərin bu təxribatlarına son qoymaq üçün antiterror əməliyyatından əvvəl ortada kifayət qədər diplomatik rıçaqlar da mövcuddur. Onun fikrincə, Laçın dəhlizinə rus sülhməramlıları nəzarət etsə də, ən azından Azərbaycan hər an bu dəhlizi bağlamaq üçün müstəqil hüquqi prosedura malikdir. 
 
Digər tərəfdən, həmsöhbətimiz məsələyə tək Qarabağ kontekstində yanaşmağın tərəfdarı deyil. O düşünür ki, müharibədən sonra dəyişən və Bakının xeyrinə olan geosiyasi vəziyyəti də nəzərə almalıyıq:
 
"Azərbaycanın əlində hətta Rusiyanın özünə qarşı istifadə edə biləcəyi təzyiq vasitələri var. Regiona amerika əsgərinin gəlməsi ehtimalı da vardı. Amma onların bura gəlməsi Rusiya ilə müqayisədə inanın ki, daha təhlükəlidir. Çünki rusların gəlib nə etdiklərini ən azından görmüşük. ABŞ-ın müdaxilə etdiyi bölgələrdə isə münaqişə uzun illər keçsə bitməyib. Rusiyaya isə Azərbaycanın ən azından Türkiyə, Mərkəzi Asiya və enerji layihələri üzərindən təzyiq imkanları  vardır. Moskvanın burada 5 ildən artıq qalacağını düşünmürəm. ABŞ-la bağlı isə bunu deyə bilmərik”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Dünyaca məşhur rok ifaçısı vəfat etdi

Dünyaca məşhur britaniyalı rok ifaçısı Ozzi Osborn 76 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun ailəsindən bildirilib.   ...

Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır + VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...