Azərbaycana COVID-19-a qarşı mübarizə üçün kredit ayrıldı

Azərbaycana COVID-19-a qarşı mübarizə üçün kredit ayrıldı
Asiya İnkişaf Bankı (ADB) koronavirus pandemiyasının tibbi, sosial, iqtisadi fəsadlarını yumşaltmağa dair Azərbaycan hökumətinin əhatəli planını həyata keçirməsinə kömək məqsədilə 250 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Sfera.az xəbər verir ki, ADB-nin Baş direktoru Masatsuqu Asakava bununla bağlı bildirib:

"COVID-19 pandemiyasının davam edən fəsadları Azəraycanın iqtisadiyyatını təkmiləşdirmək, yoxsulluğu azaltmaq istiqamətində qazandığı mühüm uğurları yox etmək təhlükəsini yaradır. ADB Azərbaycanı dəstəkləməyə sadiq qalır və bu proqram da hökumətin pandemiyaya cavab tədbirlərini davam etməyə, kasıb və həssas təbəqələri qorumağa, iqtisadiyyatın dirçəlməsinə zəmin yaratmağa kömək olacaq”.

ADB-nin Koronavirus Yardım, Dəstək, İqtisadi Təhlükəsizlik (CARES) proqramı hökumətin səhiyyə, sosial müdafiə, makroiqtisadi sabitlik sahəsindəki tədbirlərinə maliyyə dəstəyini təmin edəcək. Proqram çərçivəsində qadınlara dəstək tədbirləri mühüm yer tutur. Belə ki, qadın səhiyyə işçiləri üçün uyğun ölçüdə fərdi qoruma vasitələrinin təmini, icbari tibbi sığortanın, yaşa görə təqaüdlərin, ünvanlı sosial yardımın, aztəminatlı ailələr üçün faizsiz təhsil kreditlərinin, məcburi köçkünlər üçün kommunal xidmətlərlə bağlı müavinətlərin qadınlara şamil olunması və s. nəzərdə tutulur.

Bununla yanaşı, dövlət maliyyə vəsaitlərinin idarəetməsi sahəsində aparılan islahatları dəstəkləmək üçün ADB tərəfindən 250 min dollar texniki yardım ayrılacaq.


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə yayılır+VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...