Mahir Qurbanovun Venesuelanın məşhur jurnalında məqaləsi dərc olunub

Cəmiyyət
14:00 / 07.07.2021
1314
Venesuelanın məşhur "Revistapoliticaypoder" jurnalında Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanovun məqaləsi dərc olunub.
Sfera.az-ın məlumatına görə, yazıda Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin ilk səfərini Venesuelaya etdiyi qeyd olunub.
Bu görüş sayəsində Venesuela ilə Azərbaycan, eləcə də dünya xalqları arasında mövcud olan qardaşlıq münasibətləri möhkəmlənir.
Məqalədə Dağlıq Qarabağla bağlı fikirlərini bildirən Mahir Qurbanov Qarabağın bütün azərbaycanlılar üçün müqəddəs torpaq olduğuna diqqətə çəkib: "Azərbaycan öz tarixi ərazilərini işğaldan azad edə bildi.
Torpaqlarımız Ermənistanın 30 illik hərbi işğalından sonra bərpa olunur".
Yazıda Venesuelada keçirilən konqreslə bağlı fikirlər də yer alıb.
Qeyd edək ki, bu il iyunun 21-24 arası Venesuelanın paytaxtı Karakasda "Dünya xalqlarının iki yüzillik konqresi" keçirilib. Konqresdə Qafqazı azərbaycanlı politoloq Mahir Qurbanov təmsil edib.