“Rusiya tədricən Qafqazı tərk edəcək” – Qabil Hüseynli

13:40 / 07.07.2021
1158
"Bölgədə cərəyan edən proseslər fonunda
regionun ümumi əhval-ruhiyyəsinin getdikcə dəyişəcəyini, burada antirus meyllərinin
daha da güclənəcəyini, nəticədə Moskvanın Cənubi Qafqazı tərk etmək məcburiyyətində
qalacağını söyləmək mümkündür”.
Bu sözləri Sfera.az-a açıqlamasında "Regnum”
İnformasiya Agentliyinin baş redaktoru, politoloq Modest Kolerovun Ermənistanda
Rusiya hərbi bazalarına artıq ehtiyac qalmadığı və bu səbəbdən yaxın gələcəkdə
Gümrü və Erebunidəki rus bazalarının çıxarılmasının reallaşacağı barədə fikrinə
münasibət bildirərkən, politoloq Qabil Hüseynli deyib.
Onun fikrincə, region Rusiyanın ziyanına
olaraq həddən artıq dəyişib və dəyişməkdə davam edir:
"Türkiyə Azərbaycanda güclü istinad nöqtələri,
hərbi bazalar qurmaqdadır. Füzulidəki tikintisi sürətlə gedən aeroport zənnimcə,
hərbi istiqamətlidir. Başqa bölgələrdə də belə hazırlıq və ya tamamlama işləri
getməkdədir. Doğrudur, indilikdə Paşinyan Azərbaycanla sərhədin qorunmasını da
Rusiyaya tapşırır. Lakin bu rus hərbi bazaların gələcəkdə ermənilər tərəfindən
birmənalı qarşılanacağını düşünmürəm. Azərbaycan-Türkiyə-Gürcüstanarası təmasların,
habelə Bakı ilə İrəvan arasında sülhyaratma prosesinin vüsət alması fonunda
Rusiyanın Cənubi Qafqazda qalma ehtimalı da azalacaq”.
Politoloqun fikrincə, imzalanan Şuşa bəyannaməsi
fonunda İrəvan çətin ki, Rusiya ilə əvvəlki əlaqəsini qoruyub saxlaya bilsin:
Rüfət SULTAN