AZAL Bakıdan Təl-Əvivə uçuşların sayını artırır

Bildirilib ki, 11 iyul tarixindən başlayaraq həftənin bazar günləri həyata keçiriləcək reyslərlə yanaşı, uçuş cədvəlinə 22 iyul tarixindən hər həftənin cümə axşamı günləri icra olunacaq daha bir reys əlavə ediləcək.
⠀
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər:
- tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə arayış;
- uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış.
⠀
18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava nəqliyyatı ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər. Bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.
⠀
İsrailə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail hökumətindən bu ölkənin ərazisinə giriş icazəsi almalıdılar.
⠀
Pandemiya dövründə İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: //www.azal.az/az/information/covid-israel