Deputat məscidi yandıran qardaşlara görə istintaq orqanlarına çağırış etdi: “Onlarla işiniz olmasın...”

Deputat məscidi yandıran qardaşlara görə istintaq orqanlarına çağırış etdi: “Onlarla işiniz olmasın...”
"El arasında məscidə "Allahın evi" adı verilsə də Allahla ən az əlaqəsi olan yer də bir çox hallarda məscidlərdir”.

Sfera.az bildirir ki, bunu deputat Fazil Mustafa ötən gün Azərbaycanda qardaşların iki məscidi yandırmasına münasibət bildirərkən deyib.
Millət vəkili məscidlərin cəhalət yuvası, dedi-qodu yerinə çevrildiyindən təəssüflə danışıb:

"Allahın adı ilə din lotuları üçün nəzir, sədəqə yığılmaz. Məscidlər mollaların savadsız, cahil insanları din adına aldatdığı yer ola bilməz, ayrı-ayrı məzhəblərdən olan müsəlmanların azan, namaz üstündə münaqişə yaşadığı məkan ola bilməz.
 
Dünən yolüstü namaz üçün Bibiheybət məscidinə girdim, orada ona yaxın qadının ortadakı qəbirin "reşotka”sına başını sürtüb ağladığını gördüm. Danabaş kəndi indi daha da böyüyüb Danabaş şəhərinə çevrilib. Həm də 21-ci yüzildə kütləvi şəkildə yanlış dinin danabaşlaşdırdığı insan kütləsi çoxalıb.
Əslində ölkəmizdə məscidlərin hamısı yandırılıb, tüstüsünü görmürsünüz. Allahın adından başqa Allaha aid çox az şeylər taparsınız burada. İndi məscidə nəzarət edən iki qardaş həm də cəmiyyət, kənd içində dindar sayılırlar. İnsanların illərdir, din adına verdikləri nəzirlərlə, sədəqələrlə imkan sahibinə çevrilmiş dindarlardır”.

F.Mustafanın sözlərinə görə, dindarı məscidi yandırmağa adi iş kimi baxırsa, dini ibadətin də bir vərdişdən, bir statusdan, bir saxtakarlıqdan qaynaqlandığını rahatca söyləmək olar:

"Eyni zamanda məscidin yanmağının fəzilətindən də danışmaq mümkündür. Həm də o halda danışmaq mümkündür ki, yanmış məsciddə bitlər, fitnələr  təmizlənsin, ibadətlər səmimiləşsin. Əməlindən bixəbər olduğunuz ölülərin qəbrinə, qəbrinin "reşotka”sına başınızı sürtmək yerinə, gedib Fəxri Xiyabanda Mirzə Cəlilin məzarının sinə daşına başınızı söykəyib bir neçə dəqiqəliyə qulaq verin. Elə faydalı sözlər eşidəcəksiniz ki, içiniz alışıb yanacaq. İstintaq orqanlarına tövsiyyəm odur ki, o qardaşlarla işləri olmasın. Məscidlərin ikisi də özləri yanıb. Azərbaycan adlanan məmləkətdə bu qədər insanın içində, beynində yaşatdığı cahilliyə, nadanlığa, xurafata məscid dözər?”.

Xatırladaq ki, iyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində Fuad və Şahbaz Nəbiyev qardaşları nəzir üstündə eyni anda iki məscid yandırıb.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır + VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...