Əfqanıstanda nə baş verir? - Açıqlama

Dünya
11:26 / 07.07.2021
1441
"Əfqanıstanda bir neçə vilayətini "Taliban" silahlıları öz nəzarətinə götürüb. Bu isə orada yenidən
"Taliban" hakimiyyətinin qurulmasına doğru gedildiyi anlamına gələ
bilər”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Samir
Hümbətov son günlər Əfqanıstanda baş verən proseslərdən danışarkən bildirib.
O qeyd edib ki, ABŞ-ın qoşunları Əfqanıstandan çıxarıb,
işğala son qoymaq niyyətində olduğunu düşünmək yanlışdır: "Çünki
ABŞ 20 il ərzində təkcə Əfqanıstanda gedən döyüşlərə 2 trilyon dollara qədər
maliyyə vəsaiti xərcləyib və ordunun 3 minə qədər şəxsi heyətini itirib. Bütün
bunları nəzərə alsaq, ABŞ-ın belə xoş niyyətdə olduğunu düşünməyimiz mənasız
olar. Bəs, ABŞ-ın burada atdığı addımların arxasında hansı planlar dayanır? ABŞ
qüvvələrinin Əfqanıstandan tamamilə çəkilməsi təbii ki, inandırıcı deyil. Görünən
odur ki, ABŞ müəyyən sayda, təqribən 2500 nəfərədək şəxsi heyti burada
saxlamağa davam edəcək”.
Politoloq
ABŞ-ın Əfqanıstandan tam çıxmamaq səbəblərindən də söz açıb:
"Bunun arxasında Əfqanıstanın yeraltı təbii sərvətlərlə
zəngin olması, buranın narkotik yetişdirilməsi və ticarətinin əsas mərkəzlərindən
biri olması, yerləşdiyi regionun ABŞ xarici siyasəti üçün əlverişli təsir vasitəsi
olması və s. kimi məsələlər dayanır. Sözügedən bu məsələlər Əfqanıstanın əhəmiyyətini
bir az daha artırıb. Son illər Çin şirkətlərinin buranın yeraltı mədənlərinin
işlənməsinə ciddi maliyyə yatırımları etdiyini nəzərə alsaq, o zaman vəziyyətin
nədən ibarət olduğu daha aydın olar. Həmçinin ABŞ Əfqanıstanda becərilən
narkotiki əldə saxlamaqla dünya narkotik bazarının böyük hissəsinə nəzarət etmək
niyyətində olduğu görünür.
Günay Rəsulqızı